Ölümdən sonra həyatın olduğu - sübut edildi

26-06-2016, 10:53           

Bir qrup alim sübut edib ki, ölümündən sonra da insanın genləri yaşayır.

Şimali Amerika, Xorvatiya və Almaniyadan olan alimlər Vaşinqton Universitetinin nümayəndələri Aleksandr Pojitkov və Piter Noblenin rəhbərliyi ilə müəyyən edib ki, fəal genlər insanın ölümündən sonra iki gün aktiv qalır. Beləliklə, bioloji ölüm hələ 48-96 saat insanın faktiki ölümü sayıla bilməz. Ekspertlər qeyd edir ki, genlərin aktivliyinin müddəti ölümün növündən asılıdır. Məsələn, qəfil ölümdən sonra genlərin aktivliyi on iki saat qısalır. Alimlərin sözlərinə görə, genlərin bir müddət yaşaması təkcə insanlarda deyil, laboratoriya siçanları və ayrı-ayrı balıq növlərində də müəyyən edilib.(xeberoxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru