Azərbaycanda görünməmiş olay: Günün günorta çağında zorla maşına basıb apardılar - Foto

8-04-2015, 21:06           

İmişlidə günün günorta çağında görünməmiş hadisə baş verib.

Rayon sakinlərinin Avropa.info-ya verdiyi məlumata görə, aprelin 6-da İmişli rayon sakini Atakişiyev Davud Qalamirzə oğlu, İmişli şəhər Heydər Əliyev pr, 85 ünvanında 57-CA-461 dövlət nömrə nişanlı gümüşü metalik Mercedes markalı avtomobilə otuzdurularaq naməlum istiqamətə aparılıb.

Hadisə şahidlərinin dediyinə görə, onu maşına otuzduraraq aparanlar üç nəfər olub.

Qohumları polisə müraciət etdikdə bəlli olub ki, 57-CA-461 dövlət nömrə nişanı ümumiyyətlə qeydiyyatda yoxdur.

Bu vaxta kimi Davud Atakişiyevin harada olduğu bilinmir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru