BMT Baş katibinin müavini qəzaya düşdü

19-09-2023, 07:31           
BMT Baş katibinin müavini qəzaya düşdü
BMT Baş katibinin qlobal kommunikasiyalar üzrə müavini Melissa Fleminq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi ərəfəsində qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, qadın diplomat “X” sosial şəbəkəsində yazıb.

“Nyu-Yorkda Baş Assambleya başlayanda bütün yollarda xaos hökm sürür və sürücülər qıcıqlanır. Mən həmişə velosipedi seçirəm, amma bu gün gözlənilmədən sürətlə hərəkətə edən və işıqforun qırmızı işığında keçən avtomobil səbəbindən qəzaya düşdüm. Bəxtim gətirdi ki, qançırlar və kəsiklərlə xilas oldum”, - o yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru