Bulvarda 15 yaşlı şagird faciəvi şəkildə öldü - Günahkar 17 yaşlı gəncdir
19-09-2023, 11:09
Yozqatda dəhşətli hadisə baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Qəza Atatürk yolu, Cəmil Çiçək Bulvarı üzərindəki Bilim Texniki Kolleci qarşısında yolu keçmək istəyən 15 yaşlı orta lisey şagirdi avtomobilin vurması nəticəsində dünyasını dəyişib.
Hadisə yerindən qaçan sürücü yaxalanıb.
Olayla bağlı məlumatda bildirilir ki, dərsdən sonra yolun digər tərəfinə keçmək istəyən liseyin ikinci kurs şagirdi 15 yaşlı Nazik Nur İbişi sənədsiz sürücü 17 yaşlı E.B idarə etdiyi avtomobili vuraraq qaçıb. Zərbənin təsirindən qəzada ağır yaralanan şagird xəstəxanaya çatdırılıb. Aparılan bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.