İranlı hakerlər israillilərin şəxsi məlumatlarını oğurladı
22-09-2023, 14:44
İranlı hakerlər İsrailə qarşı yeni kiberhücum həyata keçirib.
Yenisabah.az “Jerusalem Post”a istinadla xəbər verir ki, bu hücumlar zamanı sındırılmış hesablardan şəxslərin şəxsi məlumatları, o cümlədən şəxsiyyət vəsiqələrinin fotoşəkilləri və CV faylları oğurlanıb.
Hakerlər iş axtarma saytlarının istifadəçilərinə mesajlar göndərib, guya bu sayt əməkdaşı imişlər kimi onlarla əlaqə saxlayaraq şəxsi informasiyalara yiyələniblər.