Şotlandiyada güclü fırtına baş verib - VİDEO

22-10-2023, 11:08           
Şotlandiyada güclü fırtına baş verib - VİDEO
Şotlandiyada güclü “Babet” fırtınası baş verib.

Məlumata görə, fırtınanın səbəb oluduğu daşqın və qasırğa nəticəsində azı iki nəfər həlak olub.

Qeyd edək ki, tüğyan edən fırtına özü ilə yağış və 112 km/saat sürətində küləklər gətirib. Minlərlə bina işıqsız qalıb, 400-dən çox evdən insan təxliyə edilib, məktəblər bağlanıb. Hazırda bəzi ərazilərə yalnız qayıqla getmək mümkündür.
Həlak olanlardan biri - qadın çaya düşüb, digəri isə - kişi mikroavtobusun üzərinə ağacın aşması nəticəsində dünyasını dəyişib. Polis axtarışları davam etdirir.
https://t.me/oxuaze/67364
Mənbə: Ura.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru