İsrail Ordusu təsadüfən sərhəddə Misir postunu atəşə tutub.
APA-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.
İsrail Ordusu bununla əlaqədar Misir tərəfindən üzr istəyib.
Qeyd edib ki, “Al-Qahera al-Ihbariya” telekanalı bu gün Misirlə Qəzzanın sərhədində yerləşən Rəfah sərhəd-keçid məntəqəsi yaxınlığında partlayış olduğu barədə məlumat yayıb.