Modelyerin atasını deputatın qohumları qətlə yetirib

23-10-2023, 12:18           
Modelyerin atasını deputatın qohumları qətlə yetirib
Tanınmış modelyer Elnarə Bəkirovanın atasını qətlə yetirməkdə təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyev millət vəkili Elnur Allahverdiyevin qohumlarıdır.

Teref.az news24-ə istinadla xəbər verir ki, bu barədə E.Bəkirova məlumat verib.

O bildirib ki, atasını qətlə yetirən Mustafa Zeynalov "Kontakt Home"un baş direktoru, millət vəkili Elnur Allahverdiyevin dayısıdır.

Zərərçəkmiş qeyd edib ki, qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.

Qeyd edək ki, E.Bəkirovanın atası Kamran Bəkirov bu ilin aprel ayında üzərində 300 min manatla itkin düşüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Bəkirovun Mustafa Zeynalov və Namiq Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru