ŞOK! Putini yıxılmış vəziyyətdə otaqda tapdılar

24-10-2023, 00:05           
ŞOK! Putini yıxılmış vəziyyətdə otaqda tapdılar
Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin iqamətgahlarından birində vəziyyəti pisləşib. O, yataq otağında yıxılıb.

"Azərbaycan Reallığı" bildirir ki, bu barədə "General SVR" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, mühafizəçiləri Putini döşəmədə yıxılmış vəziyyətdə tapıblar və dərhal həkim çağırılıb.

"Dünən saat 21:05 radələrində (Bakı vaxtı ilə 22:05) Təhlükəsizlik Xidmətinin əməkdaşları prezidentin yataq otağından yıxılmaq səsi eşidiblər. Təhlükəsizlik Xidmətinin iki əməkdaşı dərhal prezidentin yataq otağına daxil olub və Putini çarpayının yanında yerdə uzanmış vəziyyətdə, yemək və içkilər olan masanı isə aşmış görüblər. Yəqin ki, yıxılan zaman prezident masaya, qab-qacaqlara toxunub", - kanal bildirib.

Qeyd edilib ki, iqamətgahda olan növbətçi həkimlər hadisə yerinə gəliblər.
"Həkimlər prezidentin ürəyinin dayandığını müəyyən edərək onu reanimasiya ediblər. Vaxtında yardım edilib, ürəyi işə salınıb və Putin özünə gəlib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru