SBU az qala Rusiya Baş Qərargah rəisi Gerasimovu məhv edəcəkdi – WP

24-10-2023, 09:24           
SBU az qala Rusiya Baş Qərargah rəisi Gerasimovu məhv edəcəkdi – WP
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Federasiyası Baş Qərargahının rəisi Valeri Gerasimovu cəbhədə olan zaman az qala məhv edəcəkmiş.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” yazır.

Nəşrin mənbələrinin məlumatına görə, Ukrayna xüsusi xidmət orqanları Rusiyanın mühüm hədəfləri ilə bağlı kəşfiyyat məlumatları alıb. Bu, bir neçə rusiyalı komandirini öldürən zərbələr endirməyə imkan verib.

Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, bu hücumların birində SBU o vaxt obyektlərdən birində olan Gerasimovu az qala məhv edəcəkmiş.
Xatırladaq ki, 2022-ci il aprelin 28-də KİV-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovun Donbasda qoşunların komandanlığını həyata keçirmək üçün o zaman işğal altında olan İzyum şəhərinə şəxsən gəldiyi barədə məlumat yayılıb.

Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko mayın 1-də yazıb ki, Gerasimov İzyum yaxınlığında yaralana bilərdi. Geraşenkonun sözlərinə görə, İzyumda partlayışlar Rusiya Federasiyası Baş Qərargah rəisi Gerasimovun qərargahının yerləşdiyi ərazidə baş verib.

Daha sonra Ukrayna Daxili İşlər Nazirliyi Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun həqiqətən də İzyum yaxınlığında olduğunu təsdiqlədiklərini bildirib. Eyni zamanda onun xəsarət alması ilə bağlı heç bir təsdiq yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru