AZAL-ın daha bir vitse-prezidenti işdən çıxarıldı

25-10-2023, 00:12           
AZAL-ın daha bir vitse-prezidenti işdən çıxarıldı
AZAL-ın daha bir vitse-prezidenti işdən çıxarıldı
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-də kadr islahatları davam edir.

Teref.Az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin vitse-prezidenti Eldar Hacıyev də vəzifəsindən azad olunub.

O, 2015-ci ildən bu vəzifəni tuturdu. Eldar Hacıyev AZAL-ın rəhbərliyinə təyinat almazdan əvvəl “Silk Way” şirkətinin vitse-prezidenti, eyni zamanda AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru vəzifəsində çalşıb.

AZAL-ın rəsmi veb-səhifəsində də Eldar Hacıyevin adı rəhbərliyin siyahısından çıxarılıb.

QSC-nin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Eldar Hacıyev öz istəyi ilə bir neçə aydır qurumdan ayrılıb.

Xatıladaq ki, cari ilin sentyabr ayının 1-də Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib. O, bu vəzifəyə 2008-ci ildə təyin olunmuşdu. Ondan əvvəl – 1996-2008-ci illərdə isə Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru olub.

Cahangir Əsgərovun işdən çıxarılmasından sonra AZAL-da kadr islahatlarına start verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru