Rusiyalı təqaüdçü döyüş fəndi ilə gənc telefon oğrusunun “dərsini verdi” - VİDEO

26-10-2023, 07:17           
Rusiyalı təqaüdçü döyüş fəndi ilə gənc telefon oğrusunun “dərsini verdi” - VİDEO
Rusiyada 72 yaşlı kişi oğurluğa cəhd edən gənci zərərsizləşdirə bilib.

Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Hadisə Moskvada baş verib. Videoda maşınının təmiri ilə məşğul olan təqaüdçünün uzaqdan eşitdiyi qışqırıq səsinə başını qaldırdığı və səs gələn tərəfə yönəldiyi görünür. Soyğunçu yaxınlaşanda yaşlı kişi onu döyüş fəndi ilə yıxır. Bundan sonra əlbəyaxa dava düşüb. Həmin vaxt hadisəni görən başqa bir qadın onlara yaxınlaşır və oğrunun əlindən telefonu alaraq, ağlayan məktəbliyə verir.

Məlumata görə, hazırda oğurluğa cəhd edən 35 yaşlı kişi istintaq orqanlarına izahat verir. Faktla bağlı quldurluğa cəhd maddəsi ilə cinayət işi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru