İranda güclü zəlzələ olub 27-10-2023, 09:34 İranın şərqindəki Cənubi Xorasan əyalətində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Yeraltı təkanların episentri 196 min insanın yaşadığı Bircənd şəhərindən 94 kilometr cənub-şərqdə yerləşib.Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşir.Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. Facebook-da paylaş