Rusiya zooparkında baş verən yanğında onlarla heyvan yanaraq ölüb - VİDEO

27-10-2023, 12:37           
Rusiya zooparkında baş verən yanğında onlarla heyvan yanaraq ölüb - VİDEO
Rusiyanın Saratov şəhərindəki “Kroşka yenot” zooparkının pavilyonunda baş verən yanğında onlarla heyvan yanıb.

Bu barədə vilayət hökumətinin həyat təhlükəsizliyi şöbəsinin rəhbəri Yuri Yurin xəbər verib.

Məlumata görə, 40-dan çox heyvan - gekkon, boa, tutuquşu, dəniz donuzcuğu, şinşilla, skuns, surikat, tısbağa, oxlu kirpilər və s. yanıb. Nadir məməlilər, o cümlədən ağ kirpi, həmçinin Xabarovskdan gələn lemur xilas edilib.

Qeyd edək ki, zoopark özəl olub və şəhər parkının ərazisində yerləşib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, taxta köşklər yanıb. Yanğının sahəsi 40 kvadratmetr olub.

Müstəntiqlər və yanğınsöndürmə laboratoriyasının mütəxəssisləri hadisənin baş vermə şəraitini və səbəblərini öyrənmək üçün hadisə yerində işləyirlər.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru