Özünü Baydenin müşaviri adlandıran banqladeşli saxlanıldı

30-10-2023, 10:58           
Özünü Baydenin müşaviri adlandıran banqladeşli saxlanıldı
Dəkkə polisi ABŞ Prezidenti Co Baydenin müşaviri olduğunu iddia edən banqladeşəsilli Merilend sakini Cahidul İslam Ərafini saxlayıb.

Ərafi şənbə günü Dəkkədə müxalifətdə olan Banqladeş Milli Partiyasının (BNP) polislə toqquşmalarla müşayiət olunan genişmiqyaslı etirazları zamanı ölkə mediasının diqqətini çəkib. Şənbə günü axşam o, BNP nümayəndəsi ilə birlikdə mətbuat konfransında iştirak edib və Baydenin məsləhətçisi olduğunu söyləyib. O, həmçinin müxalifəti əmin edib ki, ABŞ prezidenti guya onların ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq niyyətini dəstəkləyir.

ABŞ səfirliyi bildirib ki, Ərafi “ABŞ hökumətini təmsil etmir”.

Bundan sonra siyasi fəal polis tərəfindən saxlanılıb.

Məlumata görə, Ərafi Banqladeşdə doğulub boya-başa çatsa da, sonradan ABŞ-yə köçüb. O, Merilenddə yaşayır və tez-tez vətəninə baş çəkir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru