“Onları alnından vurun...” – Kadırovdan şok qərar

31-10-2023, 16:54           
“Onları alnından vurun...” – Kadırovdan şok qərar
Çeçenistanın rəhbəri Ramzan Kadırov etirazçıların saxlanması barədə göstəriş verib.
Teref.Az Sfera.az-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya Qvardiyasının nümayəndələrinin iştirakı ilə hökumətin iclasında deyib. Kadırov fikirlərini bu cür ifadə edib:

"İcazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud, havaya üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, alnından dördüncü atəşı açın", - o bildirib.

Müvafiq video Çeçenistan rəhbərinin teleqram kanalında yayımlanıb. Kadırov qeyd edib ki, qanuna tabe olmayan şəxslərin alnına güllənin vurulması onun sifarişidir.

Qeyd edək ki, oktyabrın 29-na keçən gecə Mahaçqalada yəhudi qaçqınların gəlişi ilə bağlı etiraz aksiyaları keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru