İsrail ordusunun sözçüsü Daniel Hagari İsrailin Cibaliye Qaçqınlar Düşərgəsini vurduğunu təsdiqləyib.
32gun.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Hücumda HƏMAS-ın yüksək rütbəli simalarından İbrahim Biarinin öldürüldüyü açıqlanıb. Nəticədə Cibaliye Qaçqınlar Düşərgəsindəki tunellərin çökməsi ilə bölgədəki bir çox bina dağıdılıb.