Arif Hacılının oğlu o videoya görə HƏBS EDİLDİ

1-11-2023, 08:12           
Arif Hacılının oğlu o videoya görə HƏBS EDİLDİ
Müsavat Patiyasının başqanı Arif Hacılının oğlu saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Arif Hacılı bildirib.

O qeyd edib ki, oğlu Orxan Hacılı bir neçə gün əvvəl baş vermiş avtomobil qəzası ilə əlaqədar həbs olunub.

Xatırladaq ki, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.
https://t.me/modern_azz/28029












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru