Bu ölkədə rus jurnalist “casusluq” ittihamı ilə deportasiya edildi

2-11-2023, 12:59           
Bu ölkədə rus jurnalist “casusluq” ittihamı ilə deportasiya edildi
Bolqarıstanın Dövlət Milli Təhlükəsizlik İdarəsi Rusiyanın “Rossiyskaya qazeta” qəzetinin Sofiya müxbiri Aleksandr Qatzakı casusluq ittihamı ilə deportasiya edib.

"Unikal" xəbər verir ki, Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyinin (DANS) verdiyi açıqlamada Aleksandr Qatzakın Bolqarıstanda Rusiyanın xeyrinə kəşfiyyat məlumatı topladığının müəyyən edildiyi bildirilib.

Bu səbəbdən sentyabrda jurnalistin akkreditasiyası ləğv edilib və o, Rusiyanın Sofiyadakı səfirliyinə sığınıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qatzakın deportasiya qərarına münasibət bildirib. Zaxarova Rusiyanın cavab tədbirləri görəcəyini bəyan edib.

Rusiya Ukraynaya müharibə elan etdikdən sonra Bolqarıstanla Rusiya arasında münasibətlər gərginlik dövrünə qədəm qoyub. Müharibə başlayandan bəri Bolqarıstan 84 rus diplomatını “ölkənin milli təhlükəsizliyini təhdid etdikləri” əsas gətirərək “persona non-qrata” elan edərək deportasiya etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru