Prokurorluq Arif Hacılının oğlunun həbsinə qərar verdi - FOTO

2-11-2023, 11:42           
Prokurorluq Arif Hacılının oğlunun həbsinə qərar verdi - FOTO
Yasamal Prokurorluğu Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının həbsinə təqdimat verib.

TEREF.AZ Lent.az-a istinadla xəbər verir ki, bu barədə Arif Hacılının qardaşı Mustafa Hacıbəyli məlumat paylaşıb.

Orxan Hacılı məhkəməyə aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru