ABŞ-ın Las-Veqas şəhərində küçədə çılpaq gəzən kişi hadisə törədib. 32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən polis əməkdaşları sözügedən şəxsə yaxınlaşaraq irad bildiriblər. Daha sonra naməlum şəxs polis patrul avtomobilini qaçıraraq hadisə yerindən uzaqlaşmaq istəyərkən avtomobilə çırpılıb. Hadisə nəticəsində iki nəfərin ağır yaralandığı bildirilib.