BMT missiyasının zirehli maşını Malidə minaya düşüb
3-11-2023, 00:12
BMT missiyasının zirehli maşını minaya düşüb, səkkiz sülhməramlı yaralanıb.
Bu barədə BMT-nin Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyası məlumat yayıb.
“Bizim karvandakı zirehli avtomobil Qaoya (Mərkəzi Malinin şimal-şərqində yerləşən şəhər - red.) gedərkən əldəqayırma partlayıcı qurğu ilə partladılıb. Səkkiz sülhməramlı yaralanıb və onlar Qaoya təxliyə ediliblər”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, bu, oktyabrın 31-də yola salındıqdan sonra karvana əldəqayırma partlayıcı vasitə ilə üçüncü hücumdur.