Filippinin mərkəzi Şərqi Samar əyalətində 6,1 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:50-də baş verib, mənbə 48 km dərinlikdə, ocağı isə Ernan şəhərindən təxminən 51 km şimal-şərqdə yerləşib.
Tektonik zəlzələ afterşoklara və dağıntılara səbəb ola bilər. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.