Rusiyada dörd uşaq evdə yanaraq öldü - VİDEO

4-11-2023, 09:18           
Rusiyada dörd uşaq evdə yanaraq öldü - VİDEO
Mordoviyada evdə yanğın zamanı dörd uşaq ölüb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin “Telegram” kanalında məlumat verilib.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) yanğın zamanı azyaşlı uşaqların ölümünə səbəb olan hadisə əsasında cinayət işi açılıb”, - deyə məlumatda deyilir.

İstintaqın məlumatına görə, noyabrın 3-də Kovılkinoda ev yanıb. Bu zaman otaqda dörd uşaq olub. İlkin məlumata görə, uşaqların anası çöldəki təsərrüfatda işləyib.
Hadisə yerində müstəntiqlər və məhkəmə-tibb ekspertləri işləyir, yanğının baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.

TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru