Reysə gecikən qadın təyyarənin dalınca qaçdı - VİDEO
4-11-2023, 12:44
Avstraliyada reysə gecikən qadın təyyarənin qalxmasını dayandırmaq üçün hava limanının uçuş-enmə zolağına qaçıb.
Yerli medianın yazdığına görə, ümidsiz sərnişin təhlükəsizlik xidmətinin yanından keçib, sonra pilotun diqqətini cəlb etməyə çalışıb: qollarını yelləyib, ona nəsə qışqırıb.
Kanberra beynəlxalq aeroportunda baş verənləri hadisə şahidi lentə alıb. Məlumata görə, pilot təyyarəni ləngidib, amma qadın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.