“Apollon 16” üzvlərini xilas edən astronavt Tomas Mettinqli vəfat edib - FOTO

4-11-2023, 11:37           
“Apollon 16” üzvlərini xilas edən astronavt Tomas Mettinqli vəfat edib - FOTO
“Apollon 16” kosmik missiyasının üzvü olan amerikalı astronavt Tomas Mettinqli 87 yaşında vəfat edib.

Bu barədə NASA-nın saytında bildirilir.

Açıqlamada deyilir ki, NASA astronavtı Tomas Mettinqli II Apollon proqramının uğurunda mühüm rol oynayıb.

Nekroloqda, həmçinin qeyd olunub ki, astronavt maye oksigen çəni partlayan bədnam “Apollon 13” missiyasında həmkarlarının geri qayıtmasında əsas rol oynayanlardan biri olub. O, səhhətinə görə missiyada iştirak edə bilməsə də, Yer kürəsindən əhəmiyyətli yardım edib.
Qeyd edək ki, Mettinqli 1972-ci il aprelin 16-dan aprelin 27-dək “Apollon 16”da pilot olub. Bu missiya zamanı astronavtlar Aya beşinci enişini tamamlayıblar.







Mənbə: RT.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru