Hindistanda kişi ilanın köməyi ilə arvadını və qızını öldürüb
25-11-2023, 11:55
Hindistanda kişi 800 min rupi (850 min rubl) təzminat qarşılığında arvadını və qızını kral kobrasının köməyi ilə öldürdüyünü etiraf edib.
Basanti Patra və onun iki yaşlı qızının meyiti oktyabrın 7-də Hindsistanın Odişa ştatının Adheyqaon kəndindəki evlərində tapılıb. Hər ikisinin ilan sancması aşkar edilib. Həmin vaxt ilan da otaqda olub. Həkimlər artıq zərərçəkmişlərə kömək edə bilməyiblər. Polis hadisənin vəhşi kobranın dişləməsi nəticəsində baş verdiyinə qərar verərək, araşdırmaya davam etməyib.
Ancaq tezliklə qadının atası əri Qaneşi pul naminə onu və öz qızını kobranın köməyi ilə öldürməkdə ittiham edib, çünki Hindistanda kobra hücumu qurbanlarının qohumları hər qurban üçün 400 min rupi məbləğində təzminat almaq hüququna malikdirlər.
Araşdırmaya ilanların əhilləşdirilməsi ilə məşğul olan mütəxəssis cəlb edilib və zərərçəkmişlərin bədənlərində dişləmə izinin eyni yerdə - ayaqlarında, topuqlarından bir az yuxarıda olduğunu ona qəribə göründüyünü qeyd edib. Həmçinin hücumdan sonra ilan otaqda qalıb ki, bu da vəhşi kobralar üçün səciyyəvi deyil. Mütəxəssis həmçinin qeyd edib ki, ilan zərərçəkmişləri dişlədikdən sonra onlar qışqırmayıblar, baxmayaraq ki, kobranın zəhəri şiddətli ağrıya səbəb olur. Müstəntiqlər ilanın hücumundan əvvəl Patra və qızına bir növ sakitləşdirici dərman verildiyini təxmin ediblər.
Hadisədən bir ay sonra Qaneş Patra cinayəti etiraf edib. O, kobranı oktyabrın 6-da dini ayin icra etmək adı ilə aldığını bildirib. Daha sonra o, ilanı arvadının və qızının yatdığı otağa buraxıb, özü isə başqa otaqda uzanıb.
Hazırda polis ilan satıcısının kişinin ondan kobranı hansı məqsədlə aldığını bilib-bilmədiyini araşdırır. Müstəntiqlər cinayətdə başqa şəxslərin də əli olub-olmadığını öyrənməyə çalışırlar.
Mənbə: News9Live