Yer kürəsində maqnit qasırğası başladı

26-11-2023, 13:17           
Yer kürəsində maqnit qasırğası başladı
Noyabrın 26-da Yer kürəsində mülayim maqnit qasırğası müşahidə olunur.

Bu barədə Rusiya məlumatı Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi yayıb.

Qeyd olunub ki, indi Yerin maqnit sahəsində pozulma dərəcəsi G2 səviyyəsinə çatıb. Bu da beş indikatorlu monitorinq şkalasında “orta” deməkdir.

Odur ki, Yer kürəsində enerji sistemləri ilə bağlı problemlər ola bilər. Radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsinin kəsilməsi də mümkündür.

Son yeddi gündə elm adamları Günəşdə bir neçə güclü “M” sinifli alovlar qeydə alıblar. Bütövlükdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti son bir neçə gündə 2-5 intervalında dəyişir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru