Rusiyada poliqonda baş verən partlama nəticəsində 12 hərbçi öldü
1-12-2023, 08:44
Rusiyanın Rostov vilayətində yerləşən Kuzminski poliqonunda təsadüfən mərminin partlaması nəticəsində 12 dəniz piyadası ölüb. Yeniavaz.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları, ordu və istintaq orqanlarındakı mənbələrə istinadən 161.ru saytı məlumat yayıb. Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, dəniz piyadaları briqadasından təxminən 20 nəfər sursat bloklarının yanında atəş yandırıb. RPG-7 qumbaraatanlarından biri atəşə yuvarlanaraq partlayıb. Bildirilir ki, ölənlərin hamısı Vladivostokdan olan müqaviləli əsgərlərdir. Qeyd olunur ki, partlayış noyabrın 3-də baş verib. Ertəsi gün poliqonda olan əsgərlərdən biri nəşrin olanlarla bağlı xəbər verib, lakin məlumat operativ yoxlanıla bilməyib. Bir neçə mənbədən alınan məlumatı yalnız noyabrın sonuna doğru təsdiqləmək mümkün olub. Rəsmi olaraq nə Rusiya istintaq orqanları, nə də Müdafiə Nazirliyi Kuzminski poliqonunda baş verən partlayışla bağlı məlumat verməyib.