Rostov-na-Donuda (Rusiya Federasiyası) ən böyük əşya bazarı “Temernik” yanır.
Yanğın sahəsi 3000 kvadratmetrdən çoxdur.
İlkin məlumata görə, yanğın ticarət pavilyonlarından birində başlayıb, sonra digərlərinə keçib. İnsidentə pirotexnika və ya elektrik naqilləri səbəb ola bilər.
Köşklərinin sahibləri mallarını xilas etməyə çalışırlar. Yerli sakinlər bazarda “partlayış səsləri” eşitdiklərini bildiriblər.