Meksika səmasını bürüyən çəyirtkələr qorxuya səbəb olub - FOTO/VİDEO

8-12-2023, 16:09           
Meksika səmasını bürüyən çəyirtkələr qorxuya səbəb olub - FOTO/VİDEO
Meksikanın cənub-şərqində yerləşən kiçik Sinançe şəhərinin sakinləri səmada çoxlu sayda çəyirtkə gördüklərini bildiriblər.

Bu barədə yerli KİV məlumat yayıb.

Pəncərədən bayıra baxanda insanlar bağçalarındakı meyvə ağaclarının yarpaqlarının tər-təmiz yeyildiyini, limon, portağal və digər meyvələrin gəmirilmiş vəziyyətdə otun üzərinə düşdüyünü görüblər.

Bu həftə Meksikanın Yukatan ştatının səmasını bir neçə kilometr uzunluğunda olan “çəyirtkə buludları” bürüyüb. Çəyirtkələr alış-veriş meydanlarının üzərindən uçaraq, yaşayış komplekslərinin pəncərələrinə çırpılaraq və qarşılarına çıxan hər bir yaşıllığı yeyib bitiriblər.

Bitki örtüyü az olduğundan, ac çəyirtkə sürüsü ağaclar, kollar və çiçəklərlə qidalanmaq üçün şəhər ərazilərinə köç edib.

Gecəyə doğru Sinançe sakinləri Meksika mediasına çəyirtkələrin uçub getdiklərini bildiriblər. Bununla belə, ştatın paytaxtı Merida da uzun illər bu həşəratların görünmədiyi “işğaldan ”əziyyət çəkib.
Sosial şəbəkə istifadəçiləri bu hadisəni yaxın zamanlarda dünyanın sonunun yaxınlaşacağı ilə əlaqələndiriblər.

Qeyd edək ki, müqəddəs kitablarda (Quran, İncil, Tövrat) çəyirtkələr Misirə göndərilən 10 bəladan səkkizincisi olduğu bildirilir.


Mənbə: focus.ua













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.