Sahil qəsəbəsinin sakinləri qorxu içində

26-07-2016, 23:46           

Qaradağ rayonu Sahil qəsəbəsində oğurluq hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsinin sakinləri son günlərdə evlərini tərk etməyə qorxurlar. Buna səbəb isə boş qalan evlərin naməlum şəxslər tərəfindən qarət olunmasıdır. Sözü gedən küçədə yerləşən bina 7-nin sakini Səhər Cabbarova da belələrindəndir. 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yaşayan Səhər xanım deyir ki iyul ayının 24-də qonşuları onlara zang edərək bildirinlər ki, sizin mənzildə oğurluq hadisəsi qeydə alınıb. Qusar rayonundan yaşadığı Sahil qəsəbəsinə gələn Səhər xanım evə girəndə gözlərinə inammayıb. Məlum olub ki Cabbarovlar ailəsindən 800 ABŞ dolları 200 azərbaycan manatı, evin gəlininə məxsus 20.000 manat dəyərində qızıl zinət əşyaları foto aparat və planşet aparılıb. Naməlum şəxs və ya şəxslər mənzilə binann arxa tərəfindəki pəncərədən daxil olublar. Hadisədən dərhal sonra Səhər Cabbarova, daxili işlər nazirliyinin 102 qaynar xəttinə zəng edərək məlumat verib. Əraziyə Qaradag rayon polis idarəsinin 38-ci poilis bölməsinin əməkdaşları və ekspertləri cəlb olunub. Barmaq izləri götürülüb.Məhərrəm Seyidov küçəsində çəkiliş apararkən məlum oldu ki sözü gedən küçədə oğurluq hadisəsi heç də birinci hal deyil. Bundan öncə mənzillərdən sakinlərə məxsus kompiuter və binanın liftlərinin motorları da sökülərək oğurlanıb.Faktla bağlı 38- ci polis bölməsi ilə əlaqə saxladıq. İdarədən bizə şifahi olaraq bildirdilər ki , məlum oğurluq hadisəsi ilə bağlı istintaq işləri davam etdirlir. Hər halda istintaqın sonunda Cabbarovlar ailəsinin evinə daxil olan şəxslər ifşa olunar və ailəyə dəymiş maddi ziyan ödənilməsini ümid edirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.