Qəza törədən ““Porsche”dəki xala" görün kimin qızı imiş

13-02-2024, 11:24           
Qəza törədən ““Porsche”dəki xala" görün kimin qızı imiş
Nevski prospektində böyük qəzaya səbəb olan "Porsche-dəki xala" Petroqradski rayonundakı məşhur özəl klinikanın sahibinin qızı olduğu ortaya çıxıb.

32gun.az Rusuya KİV-nə istinadən bildirir ki, 23 yaşlı gənc xanımın idarə etdiyi avtomobil də atasının adınadır.

Bildirilir ki, qız peşə seçimində atasının yolu ilə gedib - diş həkimi olmaq üçün təhsil alır. Lakin o, sürücülük vəsiqəsi ilə vidalaşmalı ola bilər.
Aralarında hətta Dövlət Dumasının deputatının da olduğu qəza şahidlərinin sözlərinə görə , onlar xanımın tam ayıq olmadığı təəssüratı yaradıblar və şübhələrini yol polisi müfəttişlərinə bildiriblər.

Xatırladılır ki, bazar ertəsi axşam saatlarında Nevski prospektində güclü qəza baş verib. “Porsche Macan” markalı avtomobilin vurduğu kiçik avtomobili idarə edərkən üç avtomobil dağılıb, bir qadın xəsarət alıb.
Qəzadan sonra günahkar onun ayıq olduğunu iddia edərək barışıq yolu ilə ayrılmağı təklif etsə də, hadisənin şahidləri yol polisini çağırıblar.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi bildirib ki, polis bu qəza ilə bağlı araşdırma aparır . O cümlədən - "alkoqol intoksikasiyasının olması ehtimal edilən günahkarı yoxlayır".















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.