Paşinyanın həyat yoldaşına vəzifə verildi

15-03-2024, 11:26           
Paşinyanın həyat yoldaşına vəzifə verildi
Martın 13-ü və 14-də Ermənistandakı “Mənim addımım” xeyriyyə fondunun qəyyumlar şurasının iki növbədənkənar iclası keçirilib. Həmin iclasda fondun Himayəçilər Şurasının sədri və icraçı direktorunun dəyişdirilməsi məsələlərinə baxılıb.

Martın 14-də keçirilən iclasda fondun icraçı direktorunun dəyişdirilməsi məsələsi müzakirə olunub. İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Fondun icraçı direktoru seçilib.

Ermənistanın yüksək texnologiya sənayesi naziri Mxitar Ayrapetyan isə İdarə Heyətinin sədri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru