Rusiyada maşın məktəbli qızı vuraraq metrlərlə uzağa atdı - VİDEO

17-04-2024, 12:38           
Rusiyada maşın məktəbli qızı vuraraq metrlərlə uzağa atdı - VİDEO
Rusiyanın Başqırdıstan Respublikasının Neftekamsk şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Yüksək sürətlə gələn minik avtomobili piyada keçidində məktəbli qızı vurub.

Qız və yanındakı dostu yolu keçmək istədikləri zaman maşın tam sürətlə onlara doğru sürüb. Oğlan üzərilərinə gələn maşından yayına bilsə də, qız buna müvəffəq ola bilməyib. Zərbənin təsiri qızı bir neçə metr uzağa ataraq sürükləyib və o, ağır bədən xəsarətləri alıb.

Zərərçəkmiş qızın səkkizinci sinifdə oxuduğu məlum olub. Hazırda məktəbli reanimasiyadadır. Şahidlərin sözlərinə görə, sürücü hadisə yerindən qaçıb.
Yol polisi hadisə ilə bağlı bir sıra ekspertizalar təyin edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: Mash.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru