Hizbullah İsrailin Qərbi Qalileydəki hərbi obyektlərinə raket zərbələri endirib

22-04-2024, 00:00           
Hizbullah İsrailin Qərbi Qalileydəki hərbi obyektlərinə raket zərbələri endirib
Hizbullahın döyüşçüləri Qərbi Qalileydə İsrail hərbi obyektlərini atəşə tutub. Silahlılar iri çaplı Burkan raketlərindən istifadə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilir.

Bəyanatdan məlum olur ki, hücumda Jel əl-Aləm təpəsindəki RLS, həmçinin Avivim, Doviv və Şomera yaşayış məntəqələrindəki komanda-müşahidə məntəqələri və kazarmalar hədəfə alınıb. Zərbə nəticəsində İsrail ordusuna Livan ərazisinə nəzarət etməyə imkan verən Misqav Am hərbi bazasında quraşdırılmış kəşfiyyat avadanlıqları sıradan çıxıb.

"Müqavimət döyüşçüləri bu əməliyyatları düşmən qüvvələrinin Livanın Ayt əş-Şaab, Blida, Kfar Killa və Teir Harf kəndlərinə hücumlarına cavab olaraq həyata keçirib", - məlumatda qeyd edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru