Polad daşıyan gəmi körpüyə çırpıldıqdan sonra batıb

24-04-2024, 00:08           
Polad daşıyan gəmi körpüyə çırpıldıqdan sonra batıb
Çinin Fujian əyalətindən yola çıxan və 4900 ton polad daşıyan gəmi Quandun əyalətinin Foşan şəhərində körpüyə çırpılıb.

Reyting.az xəbər verir ki, yerli hakimiyyət orqanları göyərtəsində 11 ekipaj üzvü olan gəminin anbarına qəzadan su dolmağa başladığını bildirib.

Məlumata görə, gəmi zədələndikdən sonra batıb. Bölgədə işləyən fövqəladə hallar idarəsinin açıqlamasına görə, ekipaj üzvlərindən 7 nəfər xilas edilib, itkin düşən 4 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb. Bu məqsədlə bölgəyə 32 gəmi və 400-dən çox canlı qüvvə göndərilib.

Ekspert qrupu tərəfindən aparılan ilkin ekspertiza zamanı körpünün əsas konstruksiyasına ciddi ziyan dəymədiyi müəyyən olunub. Qəza ilə bağlı araşdırma başlanarkən, sel fəlakəti nəticəsində suyun səviyyəsinin qalxmasının qəzaya səbəb ola biləcəyi təxmin edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.