Müştərisini ölümdən xilas etdikdən sonra işinə davam edən bərbər: Bursadan maraqlı görüntülər - VİDEO

24-04-2024, 18:04           
Müştərisini ölümdən xilas etdikdən sonra işinə davam edən bərbər: Bursadan maraqlı görüntülər - VİDEO
Türkiyədə müştərisini ölümdən xilas etdikdən sonra işinə davam edən bərbərin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Kadrlar Bursa şəhərindəndir.

Məlumata görə, saqqalını qırxmağa gələn müştərinin qəfildən dili qatlanıb və nəfəs almaqda çətinlik çəkib. Müştərinin huşunu itirmə üzrə olduğunu görən bərbər Muhammet Bayraktar dərhal müdaxilə edib.
Onun səyi nəticəsiz qalmayıb, kişi xilas olub. Bərbərin bundan sonra işinə davam etməsi istifadəçilərin çoxsaylı müzakirəsinə səbəb olub.

Mənbə: TRT Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru