Hava limanında iki sərnişin təyyarəsi toqquşdu

23-05-2024, 17:34           
Hava limanında iki sərnişin təyyarəsi toqquşdu
Yaponiyanın paytaxtı Tokio hava limanında iki sərnişin təyyarəsi apronda toqquşub.

"DogruXeber.az" xəbər verir ki, Haneda hava limanında havaya qalxmağa hazırlaşan "Japan Airlines" (JAL) şirkətinə məxsus iki sərnişin təyyarəsinin qanadları toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisədən sonra Hokkaydo ştatının Nyu-Kitoz hava limanına qalxmağa hazırlaşan təyyarədən ekipaj da daxil olmaqla 328 sərnişin təxliyə edilib.

Bu aviasiya xidməti üçün yeni sərnişin təyyarəsi ayrılıb.

Eyni hava limanına gedən, lakin sərnişini olmayan başqa bir təyyarə də gecikib. Toqquşma nəticəsində təyyarələrin qanadları zədələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru