Günəşdə ən güclü partlayış olub - XƏBƏRDARLIQ

1-06-2024, 17:54           
Günəşdə ən güclü partlayış olub - XƏBƏRDARLIQ
Bu gün Günəşdə yeni, ən güclü X sinifli partlayış baş verib.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu (IPG) məlumat yayıb.

Məlumata görə, Günəşdəki partlayış təqribən 17 dəqiqə davam edib.

Bu sinfə aid əvvəlki alışma X1.4/2B mayın 29-da baş verib və 87 dəqiqə davam edib. Günəş alovları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Mayın 5-də elm adamları Günəşdə ən yüksək dərəcəli X-in növbəti alışmasını qeydə alıblar. Bu, Yer üzündə monitorinq şkalası üzrə "güclü” G3 səviyyəli maqnit qasırğasına səbəb olub./ BAKU.WS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru