Azərbaycanda vəzifəli şəxs içkili halda göyərti satan qadını TƏHQİR ETDİ: Həbs edildi

2-06-2024, 09:34           
Azərbaycanda vəzifəli şəxs içkili halda göyərti satan qadını TƏHQİR ETDİ: Həbs edildi
Gədəbəydə qanunsuz küçə satışı ilə əlaqədar içkili halda monitorinq keçirən şəxs "Kənd dayanacağı” adlanan yerdə göy-göyərti satan qadına "namuslu qadın burda pəncər (göyərti) satmaz” dediyi üçün həbs edilib.

TEREF bildirir ki, Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib.

1962-ci il təvəllüdlü Gədəbəy rayonunda doğulmuş, MMC-də sosial işçi (ictimai işlər) vəzifəsində işləyən Fəqan Cəlalov (ad, soyad şərtidir) içkili halda qanunsuz küçə satışı ilə bağlı monitorinqdə iştirak edib.

O, göy-göyərti satan Sənubər Xudaverdiyevanın vedrəsinə təpik vuraraq ona qarşı nalayiq ifadələr işlədib.

O, "namuslu qadın burda pəncər satmaz”, mən Fəqaniyəm ey, mənim ordenlərim var” deyib.
Məhkəmənin hökmü ilə Fəqan Cəlalov İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və ona 15 gün müddətinə həbs inzibati tənbeh təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru