İtaliyada it evə qayıtmaq üçün kilometrlərlə üzərək dənizi keçib

16-07-2024, 17:58           
İtaliyada it evə qayıtmaq üçün kilometrlərlə üzərək dənizi keçib
Ziqqi adlı labrador cinsindən olan it qayıqdan düşüb və İtaliyadakı evini tapmaq üçün altı kilometr üzərək sahilə çıxıb.

Oxu.Az 360.ru-ya istinadən xəbər verir ki, iti turist xilas edib.

Marko Çekkon və Marinella Caretta uşaqları və itləri ilə Pellestrina adası sahillərində qayıqla gəzintiyə çıxıblar. Birdən it qayıqdan dənizə tullanıb.

Sahibləri Ziqqinın ardınca suya atılsalar da, iti tez bir zamanda cərəyan aparıb. Onlar sahilə qayıtdıqdan sonra sosial şəbəkələrdə ev heyvanlarını tapmaq üçün kömək istəyiblər.

Sahilə doğru üzən labradoru görən Kseniya adlı turist onlara zəng edib. Bu, Pellestrinadan 6,44 kilometr aralıda yerləşən San Pietro kəndi yaxınlığında baş verib. Ziqqinin bu məsafəni su ilə qət etdiyi bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru