Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı Ali Məhkəməyə üz tutub

20-07-2024, 12:54           
Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı Ali Məhkəməyə üz tutub
Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ali Məhkəməyə müraciət edib.

İqtisadiyyat.az "Report"a istinadən xəbər verir ki, kassasiya şikayətinə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.

Xatırladaq ki, o, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb və Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi cərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə ittiham irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru