Yəməndə daşqınlar 45 nəfərin həyatına son qoyub

8-08-2024, 09:06           
Yəməndə daşqınlar 45 nəfərin həyatına son qoyub
Yəmənin cənub-qərbindəki Taiz və Əl-Hodeyda əyalətlərində daşqınlar nəticəsində azı 45 nəfər həlak olub.

TASS xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiyasının Yəmən ofisi məlumat yayıb.

Bildirilib ki, Taiz əyalətində yağan güclü yağışlar avqustun 2-dən başlayıb. İnfrastruktura, evlərə və kənd təsərrüfatı torpaqlarına ziyan dəyib.

Qeyd edilib ki, daşqınlar nəticəsində azı beş nəfər itkin düşüb. 500-dən çox ailə evlərini tərk etmək məcburiyyətində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru