Almaniyalı kişi dünyanın bütün Mişlen ulduzu alan restoranlarını gəzərək böyük pullar xərcləyib
8-08-2024, 18:35
Dünyada Mişlen ulduzu alan 145 restoran var və almaniyalı Mattias Ruhl onların hamısına baş çəkib.
Oxu.Az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
Bildirilib ki, bu fikir ona pandemiya zamanı gəlib. O, proqram mühəndisliyi startapını satıb və ailəsi ilə daha çox vaxt keçirmək istəyib.
Məlumata görə, qurman 20 ölkədə olub. Xüsusilə Yaponiya onu heyran edib, çünki "burada yeməklər mükəmməl hazırlanıb və təqdim edilib".
Rul səyahətə təxminən 100 000 avro, yeməyə isə təxminən bir o qədər də pul xərcləyib. Ən bahalı şam yeməyi Şanxaydakı "Ultraviolet" restoranında olub - 1400 avro. Üçulduzlu restoranda şam yeməyi adambaşına 250-500 avroya başa gəlib.