Banqladeşdə ciddi rejimli həbsxanadan 200-dən çox məhbus qaçıb

8-08-2024, 18:18           
Banqladeşdə ciddi rejimli həbsxanadan 200-dən çox məhbus qaçıb
Banqladeşin şərqindəki Qazipur şəhərində Kaşimpur Yüksək Təhlükəsizlik Həbsxanasından kütləvi qaçış baş verib.

TASS xəbər verir ki, 209 məhbus qaça bilib, altısı isə hadisə zamanı güllələnib.

Həbsxana sözçüsü Subrata Kumar bildirib ki, məhbuslar qaçmaq üçün qiyam qaldırıblar. Həbsxana mühafizəçiləri işə qarışanda məhbuslar onlara hücum ediblər.

Vəziyyət yalnız ordunun köməyi ilə sabitləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru