“British Airways” Pekinə uçuşları dayandıracaq

9-08-2024, 07:34           
“British Airways” Pekinə uçuşları dayandıracaq
“British Airways” aviaşirkəti azı bir il müddətinə Çinin paytaxtı Pekinə uçuşları dayandıracaq.

“Report” “Financial Times”a istinadən xəbər verir ki, şirkətin bu qərarı Rusiyanın hava məkanını qapamasının uçuşla bağlı əməliyyatları çətinləşdirməsi, xərcləri artırması ilə bağlıdır.

Bundan əlavə, “British Airways” bu istiqamətdə uçuşlara tələbatın zəiflədiyini qeyd edir.

Hitrou hava limanından Pekinə uçuşlar oktyabrın 26-dan 2025-ci ilin noyabrına qədər dayandırılacaq. Bununla belə, “British Airways” Şanxay və Honkonqa uçuşları davam etdirəcək.

Bundan əvvəl Britaniyanın digər aviaşirkəti – “Virgin Atlantic Airways Ltd.” oktyabrın 25-dən etibarən Londondan Şanxaya uçuşların dayandırıldığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru