Polşa “Patriot” üçün 48 buraxılış qurğusu istehsal edəcək
10-08-2024, 12:24
Varşava hökumətinin ABŞ-yə sifariş etdiyi “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün buraxılış qurğularının Polşada istehsalı davam olunacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Patriot” hava hücumundan müdafiə sistemi əsasında yaradılan “Wisla” üçün buraxılış qurğuları Polşada istehsal olunacaq”, - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, avqustun 12-də Varşava yaxınlığındakı Soxaçevdə daha əvvəllər “Raytheon Technologies Corporation” adlanan RTX şirkəti ilə “Huta Stalowa Wola” şirkəti arasında “Patriot” hava hücumundan müdafiə sisteminin bir hissəsi olan M903 buraxılış qurğusunun istehsalı üzrə müqavilə imzalanacaq. 48 ədəd belə buraxılış qurğusunun istehsalı nəzərdə tutulur. Bunun “Wisla” uzaqmənzilli hava hücumundan müdafiə sisteminin yaradılması proqramının ikinci mərhələsinin həyata keçirilməsinə start veriləcək.