Limondan 3 qat daha çox su sıxmağın yolu

12-08-2024, 10:24           
Limondan 3 qat daha çox su sıxmağın yolu
Limon suyu gündəlik həyatda geniş istifadə olunur. O bəzi qənnadı məmulatların və bir çox salatların, yeməklərin əsas tərkib hissəsidir. Həmçinin, adi suya da əlavə etmək mümkündür. Bununla təravətləndirici içki əldə etmək olar. Ancaq bəzən aşpazlar belə bu sitrus meyvədən kifayət qədər suyu sıxa bilmədiklərindən şikayətlənirlər.Foodinfo.az Lent.az-a istinadən bunun sadə yolunu sizə təqdim edir. Limonu bir qaba qoyun və ora su tökün. Onun üzərinin tamamilə örtülməsi üçün kifayət qədər maye ilə doldurulmalıdır. Limonu çıxarın, su qabını sobaya qoyun və ocağını yandırın.Maye yaxşı qızdırıldıqda (temperatur təxminən 50 dərəcə olmalıdır), içərisinə yenidən limon qoyun. 2 dəqiqədən sonra meyvəni çıxarın və soyuyana qədər gözləyin.İsti limonu masanın üzərinə yuvarlayın, sitrus meyvələrini uzununa kəsin və suyunu dərin bir qaba sıxmağa başlayın. Bu zaman qaşıq deyil, çəngəldən istifadə edin. Təqdim olunan üsulla siz limondan 3 qat daha çox su sıxa bilərsiniz. Çünki yüksək temperatur limonu çoxlu mayeni verməyə məcbur edəcək. İkincisi, şirənin bolluğu qabığın yumşaqlığı ilə asanlaşdırılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.