Bakıda və Gəncədə 15 yaşlı qızlar itkin düşüblər

13-08-2024, 09:32           
Bakıda və Gəncədə 15 yaşlı qızlar itkin düşüblər
Gəncə şəhər sakini 15 yaşlı yeniyetmə axtarılır.

APA xəbər verir ki, 2009-cu il təvəllüdlü, Asya Spartak qızı Bədəlova iki gün öncə yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Digər itkin düşən şəxs isə, Binəqədi qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Nərmin Elçin qızı Məmmədovadır.

Yeniyetmə gecə yaşadıqları ünvandan naməlum istiqamətdə gedərək bir daha geri qayıtmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hər iki yeniyetməni ailələri axtarırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru